Xəbər lenti

Qulu Məhərrəmlidən jurnalistlərə çağırış: “Media qurumları artıq evdən işləyir”
Sağlamlıq12:56 19.03.2020

Qulu Məhərrəmlidən jurnalistlərə çağırış: “Media qurumları artıq evdən işləyir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mətbuat üçün xüsusi iş rejimi yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında mediya eksperti Qulu Məhərrəmli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə elan edilən tətillərdən, təxirə salınan tədbirlərdən danışarkən deyib. 
O, bildirib ki, mətbuatda əvvəlki kimi qızğın reportyorluq fəaliyyəti yoxdur:
"Jurnalistlər mətbuat konfranslarına getmirlər. Çox məlumatlar telefonla, yaxud da sosial şəbəkə üzərindən alınır. Bir çox media qurumları artıq evdən işləyir və effekti də var. Fədakar jurnalistlərimiz yenə də axtarışdadır. Mətbuat öz axarında gedir. Sadəcə burada televiziya istisnadır. Televiziya əməkdaşları çəkilişlərə gedirlər. Bunun üçün onlardan tələb olunur ki, təhlükəsizlik və gigenik qaydalarına əməl etsinlər. Özlərini virusdan qorusunlar. Mətbuat üçün fövqəladə nəsə bir hadisə yoxdur”.
Bahar Rüstəmli