Xəbər lenti

Qumarbazlara qarşı əməliyyatda qeyri-adi həbs - Eşşək tutuldu
Dünya07:45 11.06.2020

Qumarbazlara qarşı əməliyyatda qeyri-adi həbs - Eşşək tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanda qanunsuz qumarla məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat çərçivəsində qeyri-adi hadisə yaşanıb. Belə ki, 8 nəfər və 1 eşşək saxlanılıb. Polis təhqiqatı materialında eşşəyin saxlanılma səbəbi olaraq "dəstəyə yardım etməsi" göstərilib.

Pakistan mətbuatı xəbəri "Eşşək qumarbazlar dəstəsinə yardım etdiyi üçün saxlanıldı" şəklində tirajlayıb.

Əməliyyat çərçivəsində həmçinin 120 min Pakistan rupisi (təxminən 1200 manat) ələ keçirilib.

Hadisə sosial şəbəkədə də gündəm olub. İstifadəçilərdən biri saxlanılanlar barəsində, "8 eşşək və 1 adam" ifadəsini yazıb.

Camal