Xəbər lenti

"011"ə 70 min dollar verdilər satmadı
Dünya13:33 03.03.2017

"011"ə 70 min dollar verdilər satmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə avtomobil həvəskarı olaraq tanınan türkiyəli Paşam Sezer illər öncə dağınıq vəziyyətdə 2 min dollara aldığı "011" markalı sovet maşınına 10 min dollar əlavə xərc çəkərək tanınmaz hala gətirib.
"Qaynar" sputnik.az-a istinadən xəbər verir ki, bildirilir ki, avtomobili sıfırdan yenidən yığan Paşam Sezer türk mətbuatına ölkənin hər yerindən ona zənglər edildiyini və maşını almaq istəyənlərin sayının hər gün artdığını bildirib.
Müştərilərdən birinin ona zəng vuraraq 70 min dollar təklif etdiyini deyən Paşam Sezer, təklifi geri çevirdiyini söyləyib.  "Bu avtomobili qızıma atasından yadigar olaraq saxlayıram. Bunu onun üçün hazırladım. Ona görə də heç bir qiymətə satmağı düşünmürəm” – P.Sezer qeyd edib.
Qaynar.Az