
REAL Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli 8 aydır ölkədən buraxılmır.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı Natiq Cəfərlinin özü yayıb.
Natiq Cəfərli Gürcüstanda baş verən təbii fəlakətə münasibət bildirərkən bu məlumatı paylaşıb:"Gürcüstanda baş veren faciəyə görə üzüldüm, Allah ölənlərə rəhmət eləsin, yaralı olanlara şəfa, gürcü xalqına sebr versin!
Mən əslən Gürcüstanlıyam, artıq 8 aydır ki, məni ölkədən buraxmırlar, 8 aydır ki, orada yaşayan qohumlarımın toyunda-yasında iştirak edə bilmirem. Baş Prokurorluğa 3 dəfə rəsmən müraciət etsəm də, "ölkədən çıxmağıma niyə qadağa qoyulub", sualına cavab ala bilməmişəm."
Natiq Cəfərli daha sonra qeyd edir ki, ümid edirem bu absurd qadağa tezlikle götürülecek:"Qadağa olmasaydı indi Tiflise geder, onlara destək olardım, ən çox da zooparkın yenidən qurulmasında könüllü çalışardım..."
Elkin Xəlilov
Qaynar.info