Xəbər lenti

"Akkord"un Baş Direktoru istefa verdi - FOTO
Ekonomiks06:43 29.10.2013

"Akkord"un Baş Direktoru istefa verdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Quluzadə Xaqani Zahid oğlu 2013-cü ilin avqust ayında Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (London School of Economics and Political Science, LSE) daxil olmuşdur. X.Quluzadə “Executive Global Masters in Management” proqramı üzrə təhsilini davam etdirməsi ilə əlaqədar tutduğu vəzifədən istefa edib.
 
Hazırda Baş direktorun səlahiyyətlərini Göksel Aybek icra edir. 1959-cu il təvəllüdlü Göksel Aybek Türkiyənin Erciyes Universitetinin Mühəndislik Fakültəsini “makina mühəndisliyi” ixtisası üzrə bitirmişdir.
 
Göksel Aybek 2012-ci ildə “Akkord” Korporasiyasında əmək fəaliyyətinə başlayana qədər 36 il ərzində Türkiyənin bir sira iri şirkətlərində - Guris Holding, Nuh sement Qrupu, ACT, AS Sement Qrupu, OEMAG-da direktor, İdarə Heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır.
 
Qeyd edək ki, bu məsələ ilə əlaqədar bəzi mətbu orqanlarında Korporasiyanın baş direktoru Xaqani Quluzadənin işdən çıxarıldığı, Korporasiyanın səhmdarı İlqar Hacıyevin “Akkord” rəhbərliyinə geri döndüyü barədə xəbərlər yayılıb. Əslində, İlqar Hacıyev “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarındandır və 2010-cu ildən “Akkord”un ölkə xaricində icra etdiyi layihələrə nəzarət edir. O, Korporasiyanın səhmdarlarının ümumi yığıncaqlarında hər zaman iştirak edib və Baş direktor Xaqani Quluzadənin vəzifələrinin Göksel Aybekə ötürülməsi ilə bağlı iclasda iştirakı da adi hüquqi prosedurdur. // milli.az