Xəbər lenti

"AKP Gülən faktorunu siyasi alver predmetinə çevirib" - Azərbaycanlı ekspert
Dünya11:57 18.07.2016

"AKP Gülən faktorunu siyasi alver predmetinə çevirib" - Azərbaycanlı ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri, politiloq Ərəstun Oruclu iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdini "Qaynarinfo.Az"a şərh edib. Həmin müsahibəni təqdim edirik:

- İyulun 15-də Türkiyədə baş verən hadisələri necə analiz edirsiniz? 

- Bu, adi bir qiyam idi. Ərdoğandan narazı olan bir qrup həbçinin qiyam çəhdi idi. Son nəticədə də uğursuzluğa düçar oldular. Çünki qiyama hazırlıqsız başlamışdılar.  

- Hərbi çevriliş cəhdinin şou olması fikirlərini qəbul edirisiniz?

- Mən bunu istisna edirəm. Əminəm ki, ordu sıralarında AKP hökumətindən narazı olan müəyyən bir qrup artıq bunun yeganə çıxış yolu olduğunu düşünərək, qiyama əl atdı. Bunun Türkiyə hökumətinin özünün qurduğu şou olmasını qəbul etmirəm. Bunun üçün kifayət qədər əsas yoxdur. 

- Qiyamda Fətullah Gülən şübhəli bilinir. Sizcə, hadisələri Fətullah Gülən idarə edirdi? 

- Bu məsələ Türkiyədə artıq bir qədər siyasi alver predmeti olub. Hakimiyyətə qarşı danışan, hakimiyyəti tənqid edən, onunla problemi olan adamları dərhal Fətullah Gülənlə bağlayırlar. Bir sıra hallarda bu adla hətta kütləvi şəkildə həbs edirlər. Mən bunu normal hal hesab etmirəm. Bu, ölkədəki narazılıqların əsl səbəblərini arxa plana keçirmək cəhdidir. 

- Amma qiyamdan cəmi iki gün əvvəl Ankara ABŞ-dan Fətullah Güləni təhvil verilməsini rəsmi şəkildə istəmişdi...  

- Bu, göstərici deyil. Dəfələrlə bu cür müraciətlər olub. Fətullah Gülən Amerikada oturub, Türkiyədə qiyam hazırlayırsa və onu həyata keçirə, bunun üçün tərəfdarlarını idarə edə bilirsə, onda 15 ildir bu hökumət nəyin hesabına hakimiyyətdə qalır, niyə indiyə kimi devrilməyib? Gülən faktoru Türkiyənin ictimai-siyasi həyatında var, amma bütün narazılıqları onunla əlaqələndirmək düzgün deyil. 

- Türkiyədə qiyama qarşı çıxan camaat türk əsgərini döydü, Fətullah Gülən maket kimi də olsa, dar ağacına çəkildi, yerlə sürüdüldü... Liviyada, Misirdə baş verənlərə bənzər hadisələr yaşandı. Proseslərin arzuolunmaz yöndə inkişaf etməsi mümkündürmü? 

- Bəli, bununla bağlı ciddi narahatlığımız var. Ən azı ona görə ki, cəmiyyət dünyəvilərə və dinçilərə bölünüb. Hakimiyyətin əsas sosial dayağı həmin o dinçi zümrədir və deməli, bu zəmində qarşıdurmaların olması, proseslərin daha təhlükəli məqamlara, hətta vətəndaş müharibəsi təhlükəsinə qədər gedib çıxmaq təhlükəsi var. Təəssüf ki, hakimiyyət də öz radikal addımları ilə buna şərait yaradır.

- Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib ki, Türkiyədə onsuz da hərbi qiyam baş vercək. Və o hərbi qiyamların Türkiyəni həmişə inkişafa apardığını deyib...

- Hərbi qiyam hərbi qiyamdır və bir neçə kiçik istisnaları çıxsaq, əksər hallarda ölkələri uğursuz nəticələrə aparıb. Mən düşünmürəm ki, hərbi xunta yaxşı mənada qanuni hakimiyyəti əvəzləyə bilsin, daha uğurlu, daha əlverişli olsun. Amma bir şərtlə ki, qanuni hakmiyyət də məhz o qanuni mexanizmlərdən düzgün yararlansın, onları öz maraqlarına uyğunlaşdlırmasın.

Qızılgül ABDİNOVA

Qaynarinfo.Az