
Amerika qitəsini Kristof Kolumb yox, müsəlmanlar kəşf edib. Qaynar.info xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
İstanbulda keçirilən Latın Amerikası ölkələri müsəlman dini liderləri zirvəsinə qatılan prezident maraqlı açıqlamaları ilə diqqəti çəkib: "1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə gedib çıxıb. Kolumb Amerikanı şəşf etmədən İslam artıq bu qitədə yayılmışdı".
Qeyd edək ki, Kristof Kolumbun başçılıq etdiyi ekspedisiya 1492-ci ildə Atlantik okeanını keçərək Şimali Amerikaya çatıb. Bu qitənin kəşf tarixi olaraq qəbul edilir.
Qaynar.info