Xəbər lenti

"AN-12” -nin qəzaya uğramasının səbəblərini xüsusi komissiya araşdıracaq
Dünya16:09 08.06.2016

"AN-12” -nin qəzaya uğramasının səbəblərini xüsusi komissiya araşdıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycana məxsus "AN-12” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Dövlətlərarası Aviasiya Komitəsində xüsusi araşdırma komissiyası yaradılacaq.

Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Qurumdan bildirilib ki, iyunun 7-də Əfqanıstanın Mülki Aviasiya qurumunun rəhbərliyi “AN-12” təyyarəsində baş verən aviasiya hadisəsinin səbəblərinin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılmasına razılıq verib. 

Komissiyanın tərkibinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının üzvləri də daxil ediləcək: "Texniki komissiyanın gördüyü işlərin yekunlarına və bort registratorların (“qara qutuların”) ilkin oxunmasına əsasən, komissiya üç səbəbi araşdıracaq: hava gəmisi aqreqatlarının texniki nasazlığı, hava şəraiti - yüksək temperatur və ekipajın yalnış hərəkəti".

Administrasiyadan bildirilib ki, eyni zamanda araşdırmaya konstruktor bürolarının nümayəndələri də cəlb olunacaq: "Araşdırmanın yekun nəticələri barədə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, mayın 18-də qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsi Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə şirkətdən icarəyə götürülüb. Təyyarənin göyərtəsində 5 Azərbaycan vətəndaşı, 3 Ukrayna vətəndaşı və 1 Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub. ("Report")

Qaynarinfo.az