Xəbər lenti

"Ankaradakı terrorun məqsədi ölkə daxilində xaos yaratmaqdır" - Azər Qasımlı
Siyasət13:18 18.02.2016

"Ankaradakı terrorun məqsədi ölkə daxilində xaos yaratmaqdır" - Azər Qasımlı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ankaradakı terakt artıq terrorun Türkiyəyə ayaq açmasına və canlanmasına işarədir".

Bu sözləri Qaynar.info-ya REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Türkiyəni paytaxtı Ankarada baş verən terror aktını şərh edərkən deyib.

Azər Qasımlının sözlərinə görə, Türkiyədə baş verən terrorun məqsədi ölkə daxilində qorxu, xaos hissi yaratmaqdır: "Terroru həyata keçirən təşkilat, qrup və ya dövlətlərin əsas məqsədi xalqı qorxutmaqdır. Türkiyyənin digər bölgələrində də terror hadisəsi olur. Amma indiki teraktın Ankarada olması, terrrorun yenidən Türkiyədə ayaq açmasına və canlanmasına işarədir. 

Bu terror aktı tək PKK tərəfindən deyil, Türkiyənin xaricindən də həyata keçirilə bilər. Daha çox burada Rusiya amilli önə çəkilir. Görünən budur ki, kimlərsə Türkiyəni Suriyada apardığı mübarizədən çəkindirmək istəyir. Əminəm ki, Türkiyə höküməti qısa zamanda bu terror hadisəsini araşdıracaq və bunun arxasında kimlərin dayandığı üzə çıxacaq".

Azər Qasımlı həmçinin qeyd edir ki, Ankarada baş verən terror hadisəsi bir növ Türkiyə xalqını qorxutmağa yönəlmiş hadisəsdir: "Terroru həyata keçirən təşkilat, qrup və ya dövlətlərin əsas məqsədi xalqı qorxutmaqdır. Terror nəticəsində əhalini hakimiyyətə qaldırmağı planlaşdırırlar. Hər şey məqsədli şəkildə həyata keçirilir. Bu hadisənin də əsas məqsədi Türkiyə daxilində qorxu, xaos hissi yaratmaq, daxildə ictimai təzyiqi artırmaqdır".

Politoloq həmçinin ABŞ-ın Suriyadakı kürdlərə silah satışını davam etdirməsi məsləsinə toxunaraq qeyd edib ki, Türkiyə hökuməti açıq şəkildə İŞİD qarşı getsəydi, bu bölgədə yaşayan kürdlərə yardım etsəydi, bugünkü mənzərə yaranmazdı.

Azər Qasımlı qeyd edir ki, Kobani dramı zamanı Türkiyədə və Suriyada yaşayan sadə kürd vətəndaşlar Türkiyənin məsləyə müdaxiləsini gözlədilər: "Türkiyə hökumətindən türk qırıcılarını və helikopterlərini göyə qaldırıb İŞİD-ın mövqeyinə zərbə endirməyi tələb etdilər. Ancaq o zaman Türkiyə hökuməti bunu etmədi. Daha təmkinli apardı özünü. Halbuki daha sərt və qətiyyətli olmalı idi. ABŞ-ın da bununla bağlı, açıq istəyi və dəstəyi vardı. O zaman Türkiyə hökuməti çox böyük səhv etdi. Türkiyə İŞİD-ın mövqelərini nə özü bombaladı, nə "İncirlik" hərbi bazasından istifadə üçün ABŞ-a izin verdi. O zaman bunlar edilsəydi, ən azı Suriyadaki kürdlərin simpatiyasını qazana bilərdi.

Bütün bunlara baxmayaraq, Türkiyə Suriya siyasətini daha sərt şəkildə yürütməlidir. Nə Rusiyaya, nə də ki o bölgədə olan kürd qruplarına güzəştə getməməli, sərt mövqeyini və siyasətini yürütməlidir." 

Xatırladaq ki, dünən axşam Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Qafqaz Rafiqoğlu

Qaynar.info