
Texnologiya nəhəngi "Apple" Çin bazarını işğal etməyə hazırlaşır.
Qaynar.info xəbər verir ki, 760 milyon istifadəçiyə sahib olan və dünyanın ən böyük GSM operatoru olan "China Mobile"lə mqavilə imzalayıb.
Müqavilə çərçivəsində iPhone 5S və 5C gələn ildən "China Mobile" tərəfindən satılacaq.
Bu razılaşma əsasında "Apple" dünyanın ən geniş müştəri kütləsinə malik olacaq.
Çinlilər üçün yeni "iPhone"ların qiymətləri hələ ki açıqlanmayıb. Ancaq mobil telefon istifadəçiləri bu razılaşmadan məmnudurlar.
Qeyd edək ki, "Apple"ın Çİn bazarındakı payı hələ ki 12 faiz təşkil edir.
Qaynar.info