
Roma Papası Fransisk İtaliyanın "La Repubblica" qəzeti vasitəsilə ateistlərə çağırış edərək, onlara "Cənnətə getmək üçün Tanrıya inanmağa məcur deyilsiz" deyib.
Qaynar.info xəbər verir ki, Papa özünü ateist elan edən qəzetin rəhbəri Eugenio Skalfariyə məktub yazaraq, inancsız, amma vicdanlı olanların da Tanrı tərəfindən bağışlana biləcəyini deyib.
Papa Skalfarinin, "Tanrı inancsızları da bağışlayacaqmı?" sualına belə cavab verib: "Ona səmimi və peşmanlıq dolu bir ürəklə gedənlərə qarşı Tanrının mərhəməti sonsuzdur. Tanrıya inanmayanların etməsi lazım olan ən böyük şey vicdanlı olmalarıdır".
Qaynar.info