Xəbər lenti

"Avropada baş verənlər qurğuya bənzəyir" - Ekspert şərhi
Dünya13:54 19.07.2016

"Avropada baş verənlər qurğuya bənzəyir" - Ekspert şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər Avropa ölkələrində müsəlman miqrantların müxtəlif cinayətlər törətməsi halları intensivləşib. Fransada baş verən qanlı terror olayının ardınca Almaniya və İngiltərədə də müsəlman əsilli miqrantların insanlara hücum etməsi proseslərin daha pis istiqamət ala biləcəyi ilə bağlı narahatlıq yaradır.

Politoloq Qabil Hüseynli Avropada baş verən son olayları "Qaynarinfo.Az"a açıqlamasında şərh edib. Politoloq bildirib ki, baş verənləri analiz etmək üçün əvvəlcə "Avropada əslində nə baş verir" sualına düzgün cavab tapmaq lazımdır: "Məsələ burasındadır ki, bu, provakasiyaya da oxşayır. Bu hadisələrin bir terror təşkilatı tərəfindən təşkil edildiyinə o qədər də inanmıram. Yəni, tutaq ki, İŞİD-in Avropada aranı qarışdırmaq üçün bunları planlı şəkildə həyata keçirdiyinə inanmıram. Çünki bunların nə İŞİD-ə, nə də başqasına faydası var".

Qabil Hüseynli deyib ki, siyasi motivli hadisələrə onun doğurduğu və ya doğuracağı nəticələr prizmasından baxmaq lazımdır: "Bunlar Avropada islamafobiyanı, antiərəb və antimiqrant meyllərini qızışdırmaq üçün ciddi səbəb ola bilər. Ona görə də, məsələn, İngiltərədə bir nəfərin o hadisənin hakimiyyət orqanları tərəfindən təşkil edilə bilməsi ehtimalını yüksək hesab edirəm. Çünki burda irqçilik, antiislam, antimiqrant əhval-ruhiyyəsi çox yüksəkdir. 

Almaniya bu məsələlərə çox ehtiyatla və tolerant yanaşır. Belə bir hadisənin sonradan ölkədən miqrantların çıxarılmasına bir bəhanə əldə edilməsi üçün Almaniya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyinə inanmaq bir qədər çətindir. Amma hər halda bu, çox təhlükəli bir tendensiyadır. Bu, Avropa ölkələrinin əksəriyyətində, xüsusən də Fransada antimiqrant əhval ruhiyyəsinin güclənməsinə çox güclü təkan ola bilər. Fransada millətçi hərəkat onsuz da güclənib və bu ölkədə nəinki ərəb mənşəli, ümumiyyətlə miqrantların çıxarılması məsələsini tez-tez qaldırırlar. Düzdür, bunun irqçilik kimi yozula biləcyindən qorxaraq, daha ciddi bir əsas axtarırlar. Ona görə də, düşünürəm ki, baş verənlər çox şübhəli hadisələrdir. Bu, daha çox xüsusi xidmət orqanlarının dəsti-xəttinə bənzəyir". 

Qızılgül

Qaynarinfo.Az