Xəbər lenti

"Azərbaycan diversantları Ermənistana soxulub" - erməni mətbuatı
Ölkə19:15 25.01.2015

"Azərbaycan diversantları Ermənistana soxulub" - erməni mətbuatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonunun Bağanis kəndində və Noyembryan şəhərində bir neçə gün öncə Azərbaycan diversantının Bağanis kəndinə soxulması barədə şayiələr yayılıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə aparıcı erməni nəşrlərindən olan aravot.am saytı məlumat yayıb.
Tavuş vilayəti Bağanis kənd icmasının rəhbəri Narek Saakyan isə öz növbəsində yerli tert.am portalının müxbiri ilə söhbətində deyib ki, ötən gecə kənddə heç bir gərginlik olmayıb: “Sakitlik idi. Digər kəndlərlə müqayisədə Bağanis kəndi cəbhə xəttindən kifayət qədər uzaqdır. Bu gecə atəş səsləri eşidilməyib”.
Azərbaycan diversantının Bağanis kəndinə soxulması, kənd məktəbinin tualetinə girməsi və şagirdlərin onu görməsi barədəki informasiyalara toxunan Narek Saakyan deyib: “Bu, uşaqların təxəyyülünün məhsuludur. Belə şey ola bilməz”.
Qaynar.info