
Türkiyə prezidentinin baş məsləhətçisi (müşaviri) Yalçın Topçu Yerli Düşüncə Dərnəyi sədri və AK Partiyanın Ordu şəhərindən seçilmiş millət vəkili Mətin Gündoğdu ilə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovu ziyarət edib.
Qaynarinfo.az xəbər verir ki, onlar Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə birgə görüşə gediblər.
Dağlıq Qarabağda şəhid olan azərbaycanlı əsgərlər üçün başsağlığı verən Topçu bunları bildirib: "Erməni qüvvətləri qeyd-şərtsiz dərhal Azərbaycan torpaqlarını tərk etməlidir. Burdan bütün dünyaya bir daha çağırış edirik. Azərbaycan və Türkiyədə yaşayanlar kürək-kürəyə vermiş ekiz qardaşlardır. Bu çərçivədə 1 qardaşın əlinə tikan batdığında digəri ağrını ürəyində hiss edərsə, Azərbaycana da bir şey olsa, biz burda ürəyimizdə hiss edərik. Eyni şəkildə bizə də bir şey olsa, azərbaycanlı qardaşlarımız ağrını ürəyində hiss edir. Bunun ən gözəl nümunəsini Azərbaycan prezidenti cənab İlham əliyevin Türkiyəyə etdiyi son ziyarətdə gördük. Hər 2 dövlət başçısının qardaşcasına qucaqlaşması dosta və düşmənə qarşı verilmiş vacib bir mesaj idi".
Qaynarinfo.az