
“Azərbaycan böyük müsəlman ölkəsidir, onun əhalisi də əsasən şiələrdir. Qonşu ölkə xalqı həmişə islama və islami dəyərlərə bağlı olub və biz başqa şeylərin şahidi olmamışıq”.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında azərbaycanlıların islama münasibəti, son zamanlar ölkədə bəzi qadağaların aradan qaldırılması ilə bağlı suala cavabında deyib.
ABŞ-ın Bakıdakı keçmiş səfirinin Azərbaycanı Misirdəki hadisələrin yaşanmaması üçün öz hərəkətlərində ehtiyatlı davranmağa çağırması barədə dediklərini də şərh edən İran XİN-in sözçüsü deyib: “İran hər hansı bir ölkənin başqa dövlətin daxili işlərinə qarışmasına qarşı çıxır. ABŞ regiona müdaxilə etməməli və bölgədə qeyri-stabil vəziyyət yaratmağa çalışmamalıdır”.