
Vesti FM radiosunun aparıcısı və yaradıcı prodüseri Georgi Saralidze Rusiyanın Olimpiadada əvvəlki illərlə müqayisədə az medal qazanmasından danışıb.
Qaynarinfo.Az xəbər verir ki, o, MDB ölkələrinin çıxışından da danışarkən Azərbaycanın göstərdiyi nəticələrə də toxunub:
"İlk növbədə mən bütün Yay Olimpiya Oyunlarında Ukraynanın ən pis nəticə göstərdiyini qeyd edərdim. Belə uğursuzluq hələ olmamışdı. Ukrayna yığması hələ belə pis çıxış etməmişdi.
İkincisi, Özbəkistanın uğurlu çıxışından razı qaldım. Onlarda bir ənənə olaraq güləşçilər və boksçular güclü idi.
Üçüncüsü, bütün Zaqafqaziya respublikaları yaxşı çıxış etdi. Deyə bilmərəm ki, bu ən yaxşı çıxışları idi. Azərbaycan və Gürcüstanın bundan da yaxşı çıxış etdiyi illər olub. Ermənistan isə, səhv etmirəmsə, ilk dəfə Yay Olimpiya Oyunlarında qızıl medal qazandı. Azərbaycan medal sayı baxımından çox da pis çıxış etmədi. Ancaq onlarda hamısının bəxti gətirmədi. Finallarda uduzdular.
Digər tərəfdən bütün Zaqafqaziya respublikaları idmanın inkişaf etdiyi, tamamilə firavan ölkələr olan Avstriya və ya Norveçdən daha yaxşı çıxış etdilər".
Qaynarinfo.Az