
«Bavariya» transfer çalışmalarına erkən başlayıb.
Fanat.az xəbər verir ki, Münhen klubu transfer bombasını partladıb. Belə ki, «Bavariya» Mario Götzenin transferini rəsmiləşdirib. Bu barədə futbolçunun çıxış etdiyi Dortmund «Borussiya»sı açıqlama verib.
Klubdan verilən açıqlamada bildirilir ki, futbolçu və meneceri Volker Ştrut müqavilədəki «sərbəst qalma maddəsi»ndən yararlanaraq Götzenin iyulun 1-dən «Bavariya»da oynamaq istədiyini deyiblər: «Azarkeşlərimizdən Mario Götzeyə mövsümün sonunadək digər oyunçularımız qədər dəstək vermələrini istəyrik».
«Bavariya»nın bu transfer üçün 37 milyon avrodan keçdiyi deyilir.
Qeyd edək ki, 20 yaşlı Götze Bundesliqada oynadığı 83 matçda 22 qol vurub. «Borussiya»nın heyətində 2011 və 2012-ci illərdə Almaniya çempionu olan və ötən il ölkə kubokunu qazanan futbolçu hazırda komandası ilə Çempionlar Liqasının yarımfinalında çıxış edir.
Qaynar.info