Xəbər lenti

"Bəşər Əsəd ilə bir araya gəlməyəcəyik"
Dünya06:28 18.03.2013

"Bəşər Əsəd ilə bir araya gəlməyəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada vəziyyət gərgin olaraq qalır.

Suriya "Müsəlman Qardaşlar" təşkilatının lideri Məhəmməd Riyad Şukfa, gələcək hakimiyyətdə və yeni qurulacaq müvəqqəti hökümətdə Bəşər Əsəd ilə bir araya gəlməyin mümkün olmadığını söyləyib.

Suriyadakı vəziyyətin, tamamilə adi vətəndaşları hədəfə aldığını, uşaqların bıçaqla öldürüldüyünü deyən Şukfa, “Bu tarixdə görünməmiş bir hadisədir. Suriyadakı qətliamın nə qədər ağır olduğunu göstərir. Bizə kömək edən ölkələr azdır. Bunlardan biri Türkiyədir. Türkiyə xalqına, vətəndaş cəmiyyətinə və hökümətinə çox təşəkkür edirik” deyib.

Qaynar.info