Xəbər lenti

"Bəşər Əsəd sağdır, ancaq..." - RƏSMİ AÇIQLAMA
Dünya11:27 25.03.2013

"Bəşər Əsəd sağdır, ancaq..." - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Moskvadakı səfirliyi internetdə Bəşər Əsədin ölməsi ilə bağlı yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini açıqlayıb.

Suriyanın Moskvadakı səfirliyi internetdə Bəşər Əsədin ölməsi ilə bağlı yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini açıqlayıb.

Qaynar.info Rusiyanın "Ria Novosti" xəbər agentliyinə istinadən xəbər verir ki, səfir "Dövlət başçımız Suriyadadır və işinin başındadır. Bu söz-söhbətlər yersiz və yalandır", - deyib.

Ancaq qeyd edək ki, səfir Bəşər Əsədin sadəcə ölmədiyindən bəhs edərək onun vurulub-vurulmaması haqqında heç bir şərh verməyib. Bu da özlüyündə yeni bir iddianı ortaya atır: "Bəşər Əsəd həqiqətən vurulubmu?"

Xatırladaq ki, ötən gün sosial şəbəkələr Suriya dövlət başçısı Bəşər Əsədin şəxsi mühavizəsi tərəfindən öldürüldüyü iddiasıyla çalxalanmışdı.

Qaynar.info