
Fransanın əsas simvoluna çevrilmiş Eyfel qülləsinin işıqlandırma sistemində restovrasiya başlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1999-cu il 31 dekabr tarixindən istifadəyə verilən və qülləni işıqlandıran sistem o günədək fasiləsiz çalışıb və heç bir təmir-bərpa işləri həyata keçirilməyib.
Eyfelin 10 oktyabra qədər işıqsız qalacağı deyilir.
80 km məsafəyə çata bilən işıq sistemində 6 min voltluq lampalardan istifadə edilir. Son dövrlərdə Paris və digər Avropa ölkələrində törədilən teraktlar zamanı bu işıq sistemindən müxtəlif birlik mesajlarını yayımlamaq üçün istifadə edilib.
Qeyd edək ki, bir müddət əvvəl Londonun simvolu olan Big Ben saatı da 4 illik restovrasiya üçün fəaliyyətini dayandırıb.
Gülşən
Qaynarinfo.Az