Xəbər lenti

"Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham Əliyev
Siyasət20:03 19.12.2016

"Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik" - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Qaynarinfo.Az xəbər verir ki, prezidentin başsağlığı məktubunda bildirilir: 
“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qaynarinfo.Az