
Misir ordusunun xalqa atəş açmasından sonra polisə xüsusi səlahiyyətlər verməsi Qahirədə gərginliyə səbəb olub.
Qaynar.info xəbər verir ki, insan haqları təşkilatları ölkədə qətliam xəbərdarlıqları etdiyi vaxtda Mursi tərəfdarları Rabiatül Adeviyyə və Nəhda meydanlarının hədəfdə olacaqlarını söyləyiblər.
Müsəlman Qardaşları bütün bu xəbərdarlıqlara rəğmən aksiyalara davam edəcəklərini bildiriblər.
Müsəlman Qardaşlarından olan 33 yaşlı Əhməd Əbdüllətif "taxta dəyənəklərlə silahlara qarşı necə döyüşürsüz?" sualına belə cavab verib: "Biz ordumuza, polisimizə silah çəkmərik. Onsuz da meydandakı heç kimdə silah yoxdur, əlimdə sadəcə bu taxta dəyənəklər var, onu da baltaçı qrupların hücumlarından qorunmaq üçün götürmüşük".
Qaynar.info