Fəxrəddin Manafov, Fuad Poladov, Mehriban Zəki yeni serialda...
Oktyabrın3-də, saat 19:15-də "Azad Azərbaycan" telekanalında "Həyat çiçəyi" adlıyeni teleserialın nümayişinə start veriləcək. Bu teleserial "UltraProdakşn”ın istehsalıdır. Bu prodakş indiyədək ayrı-ayrı istiqamətlərdəfəaliyyət göstərib və ilk dəfə Azərbaycan tamaşaçısına serial təqdimedir. Bu televiziya filmi nədən bəhs edir? Tamaşaçı orda Azərbaycanınhansı tanınmış aktyorlarını, sənətkarlarını görəcək?
ANN.Az-ın suallarını "Ultra Prodakşn”ın prezidenti Pərviz Məmmədov cavablandırır:
- "Ultra Prodakşn" nə vaxt yaranıb və onun fəaliyyət istiqaməti haqqında nə məlumat verə bilərsiniz?
- "UltraProdakşn”ın əsasını 4 il öncə mərhum Anar Məmmədxanov qoyub. Bu, onunsonuncu layihəsidir. Bizim qurumun əsas faəliyyət istiqamətlərindən biriçəkiliş texnikasının kirayə verilməsi ilə bağlıdır. Bundan başqa, birçox filmlərdə "Ultra Prodakşn”ın əməkdaşları işləyib. "Dolu” filminin vəson günlərdə təqdimatı keçirilən "Mahmud və Məryəm” filmininAzərbaycandakı çəkilişləri bizim texniki bazamız əsasında aparılıb.Serial istiqamətində ilk işimiz Rusiyanın NTV telekanalı ilə "Mən sizəmüharibə elan edirəm”in çəkilişləri zamanı olub. Öz çəkilişlərimizəgəlincə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bunaqədər iki sənəfli film istehsal etmişik. Eləcə də prodakşının öztəşəbbüsü ilə çəkdiyi sənədli filmlər də olub.
- İndiyə qədər Azərbaycanda xeyli serial çəkilib və yenə də çəkilməkdədir. Maraqlıdır, "Həyat çiçəyi”nin ideyası haradan yarandı?
- Əvvəlcəmən teleseriallarla bağlı verdiyi sərəncama və yaratdığı əlverişlişəraitə görə cənab prezident İlham Əliyevə minnətdarlıq etmək istəyirəm.Bizim layihə prezident İlham Əliyevin milli teleseriallara dəstəkməqsədilə 4 aprel 2013-cü ildə verdiyi sərəncam çərçivəsində ayrılanmaliyyə əsasında gerçəkləşdirilir. Onu da deyim ki, bizim prodakşnınçəkdiyi serial digərlərindən fərqlənəcək. Çünki biz fərqli sistemləişləyirik. Bilirsiniz ki, bu gün MDB məkanında Rusiya teleserialistehsalında liderdir. Biz də işə başlamazdan əvvəl onların iş üsullarıilə maraqlandıq. Aydın oldu ki, ruslar xaricdə çəkilmiş hər hansıserialı ölkələri üçün adaptasiya edirlər. Yəni, qəhrəmanların adları,onların yaşadıqları məkam milliləşdirilir. Bu gün bir çox ölkələrdəhazırda bu modeldən istifadə olunur. Bizim prodakşn da Azərbaycanda ilkdəfə olaraq bu sistemlə addımladı, ölkəyə yeni sistemi gətirdi. Bizədaha yaxın olan ölkədə - Gürcüstanda nümayiş olunan bu cüruyğunlaşdırılmış rus seriallarından birini aldıq və Azərbaycanauyğunlaşdırdıq. Filmin baş prodüsseri mənəm, layihədə bütün prodakşniştirak edir. Rejissor və operatorların yarısı Gürcüstandan dəvətolunub, texniki işçilərin demək olar ki, böyük əksəriyyəti gürcülərdir.Onlar həm bizimlə çalışacaqlar, həm də bizim işçilərə "master klass"keçəcəklər. Çünki Gürcüstanda da artıq teleserial çəkilişi ilə bağlıxeyli təcrübə toplanıb.
- Yeni teleserial nədən bəhs edir?
- Buekran əsəri melodram janrındadır. "Həyat çiçəyi” qırx seriyadan ibarətolacaq və bu gündən başlayaraq hər həftənin dördüncü günü saat 19.15-də"Azad Azərbaycan" telekanalında efirdə olacaq. Süjet varlı bir ailəninbaşına gələn hadisələrlə bağlıdır. Bu serialda xəyanət də var,düşmənçilik də, məhəbbət də. Dramatizmdən bol istifadə etməyəçalışmışıq, niyyətimiz tamaşaçılara maraqlı serial təqdim etməkdir. Ammabəri başdan deyim ki, bizim teleserialda hadisələr ölüm-itimləbitməyəcək.
- Layihənizdə tanınmış aktyorlardan kimlər var?
- Bəli, ilk dəfə Azərbaycan tamaşaçısı teleserialda, baş rollardanbirində böyük sənətkar Fəxrəddin Manafova tamaşa edəcəklər. Bundan başqatanınmışlardan Fuad Poladov, Mehriban Zəki bizim filmdə rol alıblar.Digər rolları da həm kifayət qədər tanınmış, həm də gənc və istedadlıaktyorlar canlandıracaqlar. Ümumiyyətlə, bizim serialda qəhrəmanlarınsayı çox olduğundan, çəkilişlərdə də xeyli aktyor iştirak edir. Birməqamı da qeyd edim ki, adətən bizdə bir seriyanı bir həftəyə çəkirlərvə sonra növbəti seriyanın çəkilişlərinə başlanılır. Amma biz burdada dadəyişiklik etdik və birinci olduq. Biz xarici təcrübəni əsas götürərək,eyni vaxtda bir neçə seriyanı çəkirik. Bu, vaxt baxımdan da, madditərəfdən də sərfəlidir. Əlbəttə,bu zaman ən ağır yük aktyorların üzərinə düşür. Çünki onlar bir neçəsaat ərzində fərqli zamanların ovqatına düşməli olurlar. Təcrübəliaktyorlar üçün bu çətin deyil, amma cavanlarla bağlı bəzən çətinlikləryaranır.
- Prodakşn olaraq, gələcəkdə də teleserial çəkməyi düşünürsüzmü?
- Bununüçün bizdə potensial var. Ötən il Azərbaycanda seriallar çəkilməyəbaşlayanda biz bir çox layihələrə texniki dəstək verdik. Bir çoxseriallar bizim texniki baza əsasında çəkildi. Bu müddət ərzində bizprosesi izlədik və qərara gəldik ki, öz serialımızı çəkək. Yəni, bubizim teleserial sahəsində ilk istehsal işimizdir. Sonrası bu layihəninnecə qəbul ediləcəyindən asılıdır. Sistemi qurandan sonra iki-üçteleserialı eyni vaxtda da çəkmək olar. Amma hələlik bu ilki telemövsümüçün başqa bir layihə planlaşdırmırıq.
- Son bir-iki ildə Azərbaycanda teleserial bumu müşahidə olunur. Onların keyfiyyəti barədə nə düşünürsünüz?
- Açığı,bu ilki serialları o qədər də izləməmişəm. Amma ötən ilkilər barədə birşeyi deyə bilərəm: arzuolunan nəticəni görmədik. Bu isə normaldı. Çünkiteleserial çəkilişi Azərbaycan üçün yeni sahədir. Hələ ki bizdə çəkməyiöyrənirlər.
Rəbiqə Nazimqızı
ANN.Az






