Xəbər lenti

"Böyük Britanyia "vahid ordu" yaradılmasına imkan verməyəcək"
Dünya08:57 17.09.2016

"Böyük Britanyia "vahid ordu" yaradılmasına imkan verməyəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya, nə qədər ki birlikdədir, Avropa Birliyinin birləşmiş ordusunun yaradılmasına maneə olmağa çalışacaq. Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Mayikl Fellon belə deyib.

"Bu, baş verməyəcək. Biz həmişə vahid ordunun yaradılması ilə bağklı narahatlığımızı bildirmişik. Demişik ki, NATO-da artıq mövcud olan çir şeyi təkrar yaratmağa ehtiyac yoxdur".

Fellonun bu açıqlamanı 16 sentyabrda Bratslavada Avropa Birliyi liderlərinin qeyri-rəsmi sammitində Almaniya və Fransanın NATO ilə rəqabət apara biləcək "birgə hərbi gücün" yaradılması planının təqdim etməsi xəbərinə münasibət olaraq bildirib.

Sözügedən təklifin dekabrda rəsmən təqdim olunacağı, 2017-ci ilin iyununda isə razılaşdırılacağı gözlənilir.

Qızılgül

Qaynarinfo.Az