Xəbər lenti

"Cəhənnəm otağı" barədə nələri gizlədir? - Qorxulu araşdırma
Dünya04:59 27.12.2016

"Cəhənnəm otağı" barədə nələri gizlədir? - Qorxulu araşdırma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Klivlend şəhərində, Venera planeti barədə uzun zamandır aparılan araşdırmalar barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
İki il əvvəl Klivlenddə Venera planetindəki atmosferi araşdırmaq üçün xüsusi otaq yaradılıb. “Cəhənnəm otağı” adı verilən kapsulun quruluşu, onun içindəki xüsusi cihazların xüsusiyyətləri barədə məlumat yoxdur.
Alim Qustavu Kostanın sözlərinə görə, 1982-ci ildə  Veneraya göndərilən aparat, planetdəki atmosferin təsirinə cəmi 2 saat 7 dəqiqə davam gətirə bilib: 
"Venera Günəş sisteminin ən qorxulu məkanlarından biri adlandırılır. Bu günə qədər Veneraya bir çox aparat göndərilib. Planetin səthinə enən cihazların hansı aqibətlə üzləşdiyi məlum deyil. Klivlenddə yaradılan “cəhənnəm otağı”ndakı şərait eynilə Veneradakı atmosferi xatırladır. Bu layihə vasitəsiylə aparatların Venerada hansı aqibətlə üzləşdiyini müəyyən etməyə çalışırıq”.
Lakin alim araşdırmaların hansı mərhələdə olduğu və nəticələri barədə ətarflı məlumat verməyib.(atv.az)
Qaynarinfo.Az