
Fazil Mustafa: "Mən bu cəmiyyətə ancaq səbir arzulayıram"
"- Xalqa, seçicilərə, namizədlərə sözünüz...
- Azərbaycan cəmiyyəti sükunət halında olan dözümlü cəmiyyətdir. Mən bu cəmiyyətə ancaq səbir arzulayıram".
Qaynar.info xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa facebook-da şəxsi səhifəsində paylaşıb.
F.Mustafa bildirib ki, cəmiyyəti birbaşa dəyişikliyə aparmaq olmaz: "Təbiətin və cəmiyyətin qanunlarını zorlamaq olmaz. Cəmiyyəti tədricən, addım-addım islah etmək lazımdır. Peyğəmbərimiz (s) qız uşaqlarını diri-diri torpağa gömən cahil ərəb cəmiyyətindən dünyaya elm və mədəniyyət yayan bir toplum yetişdirdi.
Bu cəmiyyəti düzəltmək üçün Allahın köməyi və sadəcə, böyük bir iradə lazımdır. Bunlar olarsa, yəqin ki, Azərbaycan yaxın gələcəkdə müəyyən bir dəyişim prosesindən sonra daha sağlam bir mühitə qovuşa biləcək".
Qaynar.info