Xəbər lenti

"Charlie Hebdo" "Eurovision" iştirakçılarını biabır etdi
Dünya15:48 19.05.2016

"Charlie Hebdo" "Eurovision" iştirakçılarını biabır etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, rus və ukrayna iştirakçılarını donuz qismində təsvir edib.

Fransız nəşri "Charlie Hebdo" bu dəfə "Eurovision-2016" mahnı musabiqəsinə aid satirik karikatura çəkib. ANS PRESS-in məlumatına görə, fotoda musiqili yarışmanın qalmaqal mərkəzində olan iki ölkənin nümayəndələri - Camala və Sergey Lazaryev donuz şəklində təsvir olunublar.

Karikaturanı rəsmi Facebook səhifəsində politoloq Vladimir Karnilov dərc edib. Fotonun üzərində mətn də yazılıb. Mətndə deyilir: "Rusiya Ukraynaya "Eurovision"da məğlub oldu. İstedad yerini siyasətə verdi".

""Charlie Hebdo"nun bütün rus və ukraynalıları, yoxsa təkcə, Rusiya və Ukrayna iştirakçılarını donuz hesab etdiyinə özünüz qərar verin...", - deyə politoloq yazıb.

Mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib gəlib. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb. 

Ukrayna təmsilçisinin ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. 

Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub. Lakin müsabiqədən sonra ruslar nəticə ilə razılaşmadıqlarını bildiriblər. Hətta, buna görə petisiyada yaradılıb.

1969-ci ildən nəşr olunan "Charlie Hebdo" jurnalı fəaliyyəti ərzində əsasən dini məzmunlu karikaturalar yayımlayıb.

Jurnal əsasən Xristian , İslam və Yəhudilik dinlərində müqəddəs hesab edilən inancları ilə bağlı silsilə karikaturalar dərc edir. Karikaturalara görə tez-tez adı qalmallarda hallanan jurnal bu səbəbdən bir necə dəfə məhkəməyə verilib. 

7 yanvar 2015-ci il tarixində Parisdə “Charli Hebdo” jurnalının ofisinə 3 silahlı şəxsin hücum etməsi nəticəsində 12 nəfər həlak olub, onlardanda 10 jurnalın əməkdaşları idi. Terror aktından bir az sonra silahlılar zərərsizləşdirilib. Hücuma səbəb jurnalın üz qabığında Məhəmməd Peyğəmbərin karikaturasının dərc olunması olub. 

Dini mövzularla yanaşı fransalı karikaturaçılar həmçinin dünya siyasi liderlərindəndə ilham alırlar. Onların qələminə dünya liderləri də tuş gəlib.

Bundan başqa jurnal dünyada baş verən bir çox faciələri də karikaturalarla təsvir edib. Bunlardan noyabrın 13-də Fransanın paytaxtında baş verən partlayış və silahlı hücumdur. 

Jurnal eyni zamanda oktyabrın 31-də baş verən Rusiyaya məxsus A 321 təyyarə qəzası ilə bağlı 2 karikatura dərc edilib.

Türkiyə sahillərində miqrant gəmisinin qəza uğraması nəticəsində çoxlu sayda qaçqınların, xüsusən də, uşaqların ölməsi ilə bağlı da "Charlie Hebdo" jurnalında 2 yaşlı Aylanın cansız bədəni və miqrantlarla bağlı 2 karikatura yayımlanmışdı. 

Qaynarinfo.az