
Hərraca çıxarılan valyuta isə bundan bir qədər az - 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.
Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.
ARDNF-dən verilən məlumata görə, Fondun hərraca çıxardığı 200 mln. dollar məbləğində vəsait 22 kommersiya bankına satılıb.
İqtisadçı ekspert Azər Mehtiyev Qaynarinfo.Az-a bildirib ki, bu gün keçirilən valyuta hərracına əsasən ölkədə valyutaya tələbatın azaldığını demək mümkün deyil:"Çünki xeyli vaxt idi ki, valyuta hərracına 50 milyon dollardan çox olmayan valyuta çıxarılırdı. Banklar da buna uyğun olaraq tələbatlarını proqnozlaşdırıblar. Yəni yenə də az həcmdə valyuta çıxarılacağını düşünüb, tələbatlarını az göstəriblər".Bununla belə ekspert Neft Fondu və Mərkəzi Bank tərəfindən hərraca 300 milyon valyuta çıxarılmasını əhəmiyyətli addım kimi qiymətləndirib:"Bu, bankların valyuta ehtiyaclarını qismən təmin edəcək. Amma bu günkü hərracın bazarlara necə təsir edəcəyini yalnız növbəti hərracdan sonar bilmək olar. Hər halda son günlər Azərbaycan banklarında valyutaya çox ciddi tələbat formalaşmışdı, qıtlıq yaranmışdı. Eyni zamanda bu tələbat ajiotaj yaratmışdı. Nəzərə almaq lazımdır ki, yeni dərs ili başlanır. Xaricdə təhsil alan tələbələrin təhsil haqqlarını ödəmək üçün də əlavə ehtiyac yaranacaq".
Azər Mehtiyev düşünür ki, növbəti hərraclarda biz yenə də tələbatın çox olduğunu görə bilərik:"Neft Fondu və Mərkəzi Bank bu addımları davam etdirə, növbəti hərraclara da kifayət qədər vəsait çıxara bilərsə, valyuta bazarındakı ajiotaj səngiyə bilər".
Qızılgül
Qaynarinfo.Az