Xəbər lenti

"Dünyanın ən varlı şəxsi Vladimir Putindir" (İddia)
Dünya09:45 01.08.2017

"Dünyanın ən varlı şəxsi Vladimir Putindir" (İddia)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ konqresində ifadə verən "Hermitage Capital Management" şirkətinin sahibi Bill Brauder dünyanın ən varlı şəxsinin Rusiya prezidenti Vladimir Putin olduğunu deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Brauder yalanın böyük cinayət hesab edildiyi konqresdə Putinin 200 milyard dollar sərvət sahibi olduğunu deyib. İddiaya görə, Putin sərvətini Avropa banklarında saxlayır və pullardan istifadə hüququnun dondurulma ehtimalı var. Brauder Rusiya prezidentinin 10 min işçisi olduğunu və adam qaçırtmaq, çirkli pulları yumaq kimi qeyri-qanuni işlərlə məşğul olduqlarını deyib. 

Rəsmi olaraq Putinin illik gəliri 120 min dollardır.

"Celebritynetworth" saytının xəbərinə görə isə rus liderin sərvətinin miqdarı 70 milyard dollardır.

Gülşən

Qaynarinfo.Az