
Futbolçu çıxış edərkən qarşılaşdığı kuryoz hadisədən danışıb
"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev başına gələn gülməli hadisəni danışıb. İstiPress-in məlumatına görə, AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasına qonağı olan yarımmüdafiəçi hələ U-19 yığmasında çıxış edərkən qarşılaşdığı kuryoz hadisədən danışıb:
"Bosniya və Herseqovinada elit-raund oynayrıdıq. Bizdən dövlətimizin himnini istəmişdilər. Bizim də Elxan dayımız var. O da səhvən Rəmişin diskini vermişdi. Diski qoyanda "Can ay Rəmiş" başladı. Milli komandamızda hamını gülmək tutdu ki, bu, nə mahnıdır. Elxan dayı da dedi ki, səhv salmşam, indi düzəldəcəyəm, narahat olmayın".
Qaynarinfo.Az