Xəbər lenti

"Əfv qərarı yaxın zamanlarda imzalanacaq" - PREZİDENT
Dünya07:54 20.12.2013

"Əfv qərarı yaxın zamanlarda imzalanacaq" - PREZİDENT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin Yukos şirkətinin həbsdə olan şəriklərindən biri Mixail Xodorkovskinin ona əfv məktubu ilə müraciət ediyini bildirib.

Qaynar.info
xəbər verir ki, Moskvada keçirilən mətbuat konfransında çıxış edən Putin, "Mixail Borisoviçin qanun çərçivəsində əfv istəməklə bağlı ərizə yazması lazım idi. O da qısa vaxt ərzində belə bir ərizə yazdı. Əfv qərarı yaxın zamanlarda imzalanacaq" deyib.

Putin Xodorkovskinin 10 ildən çox həbsdə olduğunu deyib: "Bu ciddi bir cəzadır. Onun anası xəstədir. Bütün bunları nəzərə alaraq, onun əfv eduilməsi ilə bağlı yaxın günlərdə qərar verməyi düşünürəm".

Digər tərəfdən Kremlin mətbuat katibi Dmitri Peskov Xodorkovskinin Putindən əfv diləməsinin cinayətini etiraf etməsi mənasını daşıdığını bildirib.

Qaynar.info