Xəbər lenti

"Əgər Donald Tramp seçilsə o ABŞ-ın son prezidenti olacaq" - Ekspert
Dünya09:28 07.11.2016

"Əgər Donald Tramp seçilsə o ABŞ-ın son prezidenti olacaq" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əgər Hillari Klinton seçilsə o ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə o ABŞ-ın son prezidenti olacaq".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri uzun müddət ABŞ-da yaşamış iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu bildirib ki, Sabah ABŞ vaxtı ilə ölkədə prezident seçkiləri start götürür:"Bu marafonda çıxış edən Hillari Klinton və Donald Trampın uzun dövrdən başlayan kampaniyası bu gün başa çatır. Tezliklə məlum olacaq ki, ABŞ növbəti 4 ildə kim və necə idarə edəcək. Bu ərəfədə hafizəmə həkk olunmuş bir maraqlı söhbəti sizinlə bölüşmək istərdim".

Ekspert qeyd edib ki, ABŞ-da yaşadığım dövrdə Duke Universitetinin professorlarından biri neçəsi ilə o zaman diqqətdə olan ilkin seçkilərə partiyalardan iddialı olan prezidentliyə namizədləri müzakirə edərdi: "Onlardan biri belə bir dəyərləndirmə danışmışdı, əgər Marko Rubio seçilcə o ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə o ABŞ-ın ilk kanadalı prezidenti olacaq, əgər Bernie Sanders seçilsə, o ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə o ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə o ABŞ-ın son prezidenti olacaq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az