
Rusiya Maliyyə Nazirliyi artıq ilin əvvəlindən üçüncü dəfə Ehtiyyat Fondunun vəsaitini büdcənin kəsirinə sərf edib.
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə Rusiyanın suveren fondunda 7 trilyon rubldan az vəsait qalıb.
Avqustda Rusiya Ehtiyyat Fondunun beşinci hissəsini itirib- fond 18,4%, 2,09 trln. rubl azalıb. Maliyyə Nazirliyinin sentyabrın 6-da verdiyi məlumatda belə deyilir. O cümlədən 390 mlrd. rubl ölkənin federal büdcəsinin maliyyə kəsirini örtməyə sərf olunub.2016-cı ilin sonuna Ehtiyyat Fondunda 980 milyard rubl qalacaq. Reuters in araşdırmalarına görə 2017-ci ildə bu məbləğ də xərclənəcək. Belə olan halda hökumət büdcə kəsirlərini doldurmaq üçün Milli Rifah Fondunun resurslarına müraciət edə bilər. Anton Siluanov da açıqlamasında belə deyib.
Qızılgül
Qaynarinfo.Az