
Bu gün İspaniya çempionatının XXXI turu çərçivəsində "Barselona" "Real"ı qəbul edib.
Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb.
İkinci hissəyə meydan sahibləri fəal başlayıblar - 56-cı dəqiqədə Jerar Pikenin baş zərbəsi dəqiq olub. Lakin 8 dəqiqə sonra Karim Benzema hesaba tarazlıq gətirib.
82-ci dəqiqədə Kriştianu Ronaldunun zərbəsi qapı çatından qayıdıb. 83-cü dəqiqədə Serxio Ramosun qırmızı vərəqə alması ilə "Real" azlıqda qalsa da, 2 dəqiqə sonra Ronaldu istəyinə çatıb - 2:1.
Beləliklə, "Real" lider "Barselona" ilə xal fərqini 7-dək azaldıb.
Qaynar.info