Xəbər lenti

"Əl Qaidə" Buşu öldürmək istəyir
Dünya08:09 02.03.2013

"Əl Qaidə" Buşu öldürmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əl Qaidə" terror şəbəkəsi silahlılarını iri Qərb dövlətlərinin liderlərini öldürməyə çağırıb. 

APA-nın verdiyi məlumata görə, bu barədə şəbəkənin "Inspire" jurnalında yazılıb.

Jurnalın redaktorlarının fikrincə, istefada olan prezident və nazirləri öldürmək daha asandır. "Əgər siz fikirləşirsinizsə ki, yüksək vəzifəi siyasətçini qətlə yetirə bilməzsiniz, onda sizin Corc Buş, Bill Klinton, Kolin Pauell, Kondoliza Rays, Nikolya Sarkozi və Toni Bleyer kimi asan hədəfləriniz var", deyə müəlliflər qeyd ediblər.

"Inspire" jurnalı 2012-ci ilin mayında "Əl Qaidə"-nin Yəmən bürosu tərəfindən yayılır.

Qaynar.info