Xəbər lenti

"Əl-Qaidə"dən ABŞ-a növbəti HƏDƏ
Dünya05:39 14.09.2013

"Əl-Qaidə"dən ABŞ-a növbəti HƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman az-Zəvahiri döyüşçüləri ABŞ-a qarşı terror aktları törətməyə çağırıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu haqda “Associated Press”in yaydığı xəbərdə bildirilir.
 
"Amerika mistik dövlət deyil. Amerikalılar da adi insanlardır, onları məğlub edib və cəzalandırmaq olar”, - deyə az-Zəvahiri internetdə yayılmış audio-müraciətdə bildirib.
 
Amerika iqtisadiyyatını çökdürməyə çağıran az-Zəvahiri Vaşinqtonun təhlükəsizliyin təminatına böyük pullar xərcləməyə təhrik edilməsinin vacibliyini vurğulayıb: “Amerikanın ən zəif yeri iqtisadiyyatdır. Onsuz da onlar təhlükəsizlik və hərbi ehtiyaclara böyük vəsait xərcləməklə problemlərlə üzləşir”.
 
“Əl-Qaidə” lideri həmçinin Suriyada döyüşən tərəfdarlarını Bəşər Əsədə qarşı mübarizəni davam etdirməyə, habelə dünyavi müxalifət qruplaşmaları ilə əməkdaşlıq etməməyə çağırıb.

Qaynar.info