
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general İlkər Başbuğ maraqlı açıqlamalar verib.
Qaynar.info xəbər verir ki, "Ergenekon davası"nda adı keçmiş şəxslərdən olan 72 yaşlı Başbuğ ən böyük xəyalının nə olduğunu açıqlayıb:
"Mənim ən böyük arzum Türkiyə ilə Azərbaycanın bir dövlət olmasıydı. Onsuz da deyilmirmi ki, tək millət, 2 dövlət. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil, bunun olmasına imkan verməzlər. Kaş ki şərtlər uyğun olsaydı".
Qaynar.info