Xəbər lenti

"Ermənistan diplomatik təcrid vəziyyətinə düşdü" - Mikael Zolyan
Dünya14:45 25.04.2016

"Ermənistan diplomatik təcrid vəziyyətinə düşdü" - Mikael Zolyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu 4 günlük müharibə ilə biz sülhdən daha da uzaqlaşdıq. Genişmiqyaslı müharibə riskini artırdıq. Oxu.az xəbər verir ki, bu barədə “1in.am” erməni saytına verdiyi müsahibəsində Ermənistanın regional tədqiqatlar mərkəzinin analitiki Mikael Zolyan bildirib.
“Biz siyasi elitamızın qeyri-adekvat olduğunu və bugünkü çağırışlara hazır olmadığını görürük. Ermənistan diplomatik təcrid vəziyyətinə düşüb və bu, bizim daxili siyasətimizin nəticəsidir”, - M.Zolyan bəyan edib.
Mikael Zolyanın fikrincə, Qarabağ münaqişəsi gec-tez güzəşt variantı əsasında həll olunmalıdır. Analitik əmindir ki, Ermənistan erməni-türk protokollarının süqutu nəticəsində regional amil kimi öz rolunu itirməyə başlayır.
Qaynarinfo.az