Xəbər lenti

"Ermənistanda ciddi dəyişiklik ola bilər" -Natiq Cəfərli
Siyasət08:33 25.10.2014

"Ermənistanda ciddi dəyişiklik ola bilər" -Natiq Cəfərli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənistan ciddi dəyişikliklər astanasındadır"

Qaynar.info xəbər verir ki, bu sözləri REAL hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli sözlərinə görə, Ermənistan güclü müxalifət hərəkatına start verib:"Çox güman ki, işğalçı qouşumuzda ciddi dəyişikliklər olacaq. Müxalifər İravanın mərkəzində mitinq keçirdi, müxalif qüvvələr koalisiya qurdu (məqsədi, məramı, addımları bəlli olan, dəyərlər üzərində qurulan koalisiyadan söhbət gedir, daha bizdəki kimi şəxslər ətrafında qurulub, tez də dağılan birliklərdən yox), yol xəritəsini qəbul etdi.

Biz ümumiyyətlə, düşmən ölkə haqqında çox az bilirik, onların siyasətini araşdıran ciddi qurumlarımız yoxdur. Əslində, çoxdan iri bir araşdırma institutu qurmalıydıq, onları öyrənməli idik, bu məsələdə çox gecikmişik.

Ermənistanda ciddi müxalifət var, parlamentlərində 3 fraksiya fəaliyyət göstərir, 2 müxalif və müstəqil telekanal, 3 FM-də yayımlanan radio kanalı var. Ölkə ərazisinin tamamında 17 telekanal fəaliyyət göstərir, onların İctimai televiziyasının idarə heyətinə müxalif partiyalardan da insanlar daxil edilib, və bu kanal canlı yayımda hər gün debatlar təşkil edir. Sarkisyan və komandası niyə buna imkan verir? Fikrimcə bunun səbəbləri bunlardır: 1) Ermənistanda hakimiyyət və müxalifət münasibətlərində diaspora və kilsənin rolu böyükdür, bu iki qurum münasibətlərin tənzimlənməsində mühim rol oynayır, 2) Sarkisyan komandası güclü müxalifətə ehtiyacı var ki, “ağası” olan Rusiyadan, Kremldən gələn təzyiqlərə davam gətirə bilsin. Daha açıq desəm, ayaqda və güclü olan müxalifəti həmişə Kremlə göstərərək, “mən sizin dediklərinizi tam edə bilmərəm, məni devirərlər, xalqın fikrini də nəzərə almalıya bilmərəm”, belə yanaşma Sarkisyana Kremllə danışıqlarda manevr etmə imkanı verir".

Natiq Cəfərlinin fikrincə, Avrasiya İttifaqı məsələsi Ermənistanda ciddi bir buna əks hərəkat doğuracaq, diasporanın da dəstəyi ilə, bu hərəkat böyüyəcək, sonucda, Ermənistanda parlament respublikasına keçid olacaq:"Qərblə əlaqələr daha da genişlənəcək, Rusiya zəiflədikcə isə bu əlaqələr artacaq.

Bizim üçün bunun təhlükəsi odur ki, Ermənistanda indiki korrupsioner, basqıcı, bacarıqsız, Rusiyanın köləsi olan hakimiyyətin yerinə dünyanın qəbul etdiyi demokratik sistem bərqərar olacaqsa, bu bizim Qarabağ davamıza ciddi təsir edəcək, bizi işğal altındakı torpaqlarımızdan bir az da uzaqlaşdıracaq. Yəni, Qarabağın gəlcək taleyi (söhbət məhz Dağlıq Qabağdan gedir, 7 rayonumuz onsuz da qayıdacaq) hansı ölkənin daha tez sivil dünyanın yanında yer almasından, daha tez demokratik, sivil idarəetmə sisteminə keçməsindən asılı olacaq. Rusiyanın Ermnistana təsirinin hələ çox güclü, iqtisadiyyatlarının zəif, demoqrafik vəziyyətlərinin bərbad olduğunu nəzərə alaraq, indiki durumda bizim ciddi üstünlük qazanmaq şansımız var. Ümid edirəm ki, bu şansı qaçırmayacağıq, və 2015-ci il parlament seçkiləri bunun üçün ciddi bir addım olacaq. Hamı anlamalıdır ki, söhbət mücərrəd demokratiyadan getmir, söhbət ərazi bütövlüyümüzdən, Qarabağımızdan gedir, məhz buna görə biz ermənilərdən daha tez və effektli şəkildə demokratik cəmiyyət və ölkə quruculuğuna keçməliyik. Bu bizim işğal altında olan Vətən topraqları qarşısında boynumuzun borcudur!".

Qaynar.info