Xəbər lenti

"Əsəd kimyəvi silah istifadə etməyib" - KƏŞFİYYAT
Dünya07:47 30.08.2013

"Əsəd kimyəvi silah istifadə etməyib" - KƏŞFİYYAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Suriya prezidenti Bəşər Əsədin kimyəvi silah istifadə etmədiyini açıqladıqdan sonra hərbi müdaxilə 1 həftəlik təxirə salınıb. 

Qaynar.info xəbər verir ki, həm İngiltərə baş naziri Devid Kameron, həm də ABŞ prezidenti Barak Obama verdikləri açıqlamalarında Əsədin kimyəvi silahdan istifadə etməsi ilə bağlı kəşfiyyat materialları olduğunu bildirmişdilər. 

Ancaq dünən Associated Press agentliyinə danışan amerikalı kəşfiyyatçılar əllərindəki kəşfiyyat məlumatlarının o qədər də etibarlı olmadığını deyiblər. 

Kəşfiyyatın əlində Əsədin əsgərlərinin kimyəvi silahları saxlanıldığı bazadan nəsə çıxardıqları ilə bağlı görüntülər var. Ancaq silahların hara aparılması ilə bağlı heç bir dəlil yoxdur. 

Qaynar.info