Xəbər lenti

"Əsəddən sonra hədəf İrandır"
Siyasət14:32 05.09.2013

"Əsəddən sonra hədəf İrandır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İsrail üçün Əsəd rejiminin sıradan çıxarılması olduqca vacibdir. Rəsmi Təl-Əviv Yaxın Şərq regionunda İsrailin təhlükəsizliyi üçün ən sərfəli situasiyanın yaradılmasında maraqlıdır”. 

Qaynar.info xəbər verir ki, bunu BayMedia-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

"Ona görə də, İsrail zaman-zaman hərbi qarşıdurma yaşadığı Suriyada Əsəd rejiminin tamamilə siyasi səhnədən silinməsini istəyir”,  - deyə Xalidbəyli hesab edir ki, Suriyadan sonra növbə İrana çatacaq: "Ola bilsin ki, İsrail prezidenti Əsəd rejiminin siyasi səhnədən silinəcəyi vaxt barədə dəqiq məlumatlara malikdir. 

İsrail güclü dövlətdir və onun sərhədləri yaxınlığında rəsmi Təl-Əvivlə razılaşdırılmadan hansısa prosesin başladıla biləcəyi qətiyyən inandırıcı deyil. Eyni zamanda, Əsəd rejiminin sıradan çıxarılması İran böhranının gündəmə əsas məsələ kimi oturması baxımından da vacibdir. 

Rəsmi Təl-Əviv İranı İsrailin milli təhlükəsizlik maraqlarına əsas problemlərdən biri kimi qəbul edir. Ona görə də, Əsəd rejiminin sıradan çıxarılmasıyla İranın əsas hədəfə çevrilməsində maraqlıdır”.

Qaynar.info