
Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordusunun komandanı Ümit Dündar da qardaş ölkədəki məlumat hadisəyə öz münasibətini bildirib.
Qaynarinfo.az xəbər verir ki, ordu generalının açıqlamasında deyilir:
"Bu kiçik bir qrupdur və şanlı ordumuzu təmsil etmir. Lazım olan tədbirləri görürük və yaxında vəziyyət tam nəzarət altına alınacaq. Ordu xalqın seçdiyi prezidentin tərəfindədir".