Xəbər lenti

"Facebook" ABŞ-da təlaş yaratdı - Mark üzr istədi - FOTO
Dünya08:24 28.03.2016

"Facebook" ABŞ-da təlaş yaratdı - Mark üzr istədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatmasından sonra "Facebook", "Təhlükəsizlikdəsənmi?" xəbərdarlığını səhvən Nyu-Yorkda yaşayanlara göndərib.

Qaynar.info anspress-ə istinadən bildirir ki, "Facebook"un rəhbərliyi səhv sorğu göndərdiyi üçün istifadəçilərindən üzr istəyib.

"Sistemdə baş verən səhvə görə sorğu göndərilən bütün istifadəçilərimizdən üzr istəyirik". Nyu-Yorkdakı "Facebook" istifadəçiləri də özlərinə gələn xəbərdarlığın ekran görüntüsünü sosial şəbəkələrdə yayıblar. Ümumiyyətlə, "Facebook"  istifadəçilərinə "Təhlükəsizlikdəsənmi" sorğusunu hadisə olan şəhərin qeydiyyatdan keçmiş istifadiçələrinə göndərir. 

Ötən gün Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Terrora görə məsuliyyəti  "Camaat ul-Ahrar" təşkilatı öz üzərinə götürüb. Partlayış Gülşən əl-İkbal parkının çıxış qapısında, uşaq yelləncəklərinin bir neçə metr uzaqlığında baş verib. Terror aktında 300-ə yaxın insan yaralanıb. 

Qaynar.info