Xəbər lenti

"Facebook" hesabınızı bağlayın
Dünya16:07 27.03.2015

"Facebook" hesabınızı bağlayın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məlumatlarınızı ABŞ rəhbərliyinin görməsini istəmirsinizsə Facebook hesabınızı bağlayın". Anspress-in məlumatına görə, bunu Avropa Komissiyası nümayəndəsi Bernhard Şima deyib. 
O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi insanların şəxsi məlumatlarını əldə edə bilir. Məlumatın gizli saxlanılması ilə bağlı narahatlıqlara şərh verən Avropa Komissiyası nümayəndəsi sözlərinə belə davam edib: "Ən kiçik bir narahatlığınız varsa "Facebook" hesabınızı bağlamağı düşünə bilərsiniz".
Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2010-ci ildən bu yana cib telefonlarını dinlədiyi, həmçinin SMS-lərin NSA-a tərəfindən izlənildiyi ilə bağlı iddialar Dünya mətbuatında böyük narazılığa səbəb olub.
Qaynar.info