Xəbər lenti

"Facebook" rəhbəri: "İnsanların bizə etibarı azalıb"
Dünya13:41 19.09.2013

"Facebook" rəhbəri: "İnsanların bizə etibarı azalıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Facebook”un direktoru Mark Zukerberq etiraf edib ki, sosial şəbəkə və onun rəqibləri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən internet şirkətlərinin məxfi dinlənilməsi ilə bağlı yaşanmış son qalmaqallara görə zərərə məruz qalıb.
“Atlantic Editor” nəşrinə verdiyi müsahibəsində Mark Zukerberq deyib ki, istifadəçilər bu hadisələrdən sonra internet şirkətlərinə daha az etibar etməyə başlayıblar.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “MTA ilə bağlı qalmaqaldan sonra “Facebook”, “Twitter” və “Google” şirkətlərinə etibar azalmağa başlayıb. Əksər istifadəçilərin tanınmış brendlərə əvvəlki etibarı azalıb və bu etibarı geri qaytarmaq üçün xeyli səy tələb olunur" – o deyib. O, eyni zamanda qeyd edib ki, qalmaqalla əlaqədar istifadəçilərin kütləvi  axını olmayıb və insanlar əvvəlki kimi məlumat, fayl  mübadiləsi üçün “Facebook”dan istifadə edirlər.

Qaynar.info