
Cornell Universitetindən bir professor və bir "Facebook" mühəndisi sizin əslində kiminlə eşqbazlıq etdiyinizi, hətta nə vaxt ayrılacağınızı belə təxmin edən bir alqoritm hazırladıqlarını iddia ediblər.
Klipler.tv xəbər verir ki, bu alqoritm fərqli dost siyahılarına sahib olan insanların, əlaqədə olduqları insanları bu siyahılara tanıtmaları üzərinə qurulub. Çünki insanlar, sevgililərini əsla tanış olma ehtimalları olmayan insanlara və ya dost siyahılarına tanıtma meylindələrmiş.
Araşdırmaçılar qohumların da bu meyldə olduqlarını söyləyirlər.
Araşdırmaçılar %60 ehtimalla kimin kiminlə eşqbazlıq etdiyini tapa bildikləri kimi ümumiyyətlə əlaqələrin %50 -inin 2 ay sonra sona çatdığını da müəyyənləşdiriblər.
Qaynar.info