Xəbər lenti

"Facebook"dan hamını məyus edəcək dəyişiklik
Dünya12:04 11.10.2013

"Facebook"dan hamını məyus edəcək dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" gizlilik nizamlarında yenidən dəyişikliyə gedir. Yeni tənzimləmə ilə birlikdə bir neçə həftə içində "Facebook"da daxili axtarışlarda artıq hər kəs tapıla biləcək.

Qaynar.info klipler.tv-yə istinadən verdiyi məlumata görə şirkətdən verilən xəbərdə "Axtarışda məni kimlər tapa bilər?" xüsusiyyətinin ləğvi və "Facebook" daxili axtarışlarda artıq hər istifadəçinin tapıla biləcəyi qeyd edilib.

Bu xüsusiyyəti istifadə etməyənlərdə elə bir dəyişiklik olmayacaq, ancaq şəbəkədə axtarışlarda görülməməyi seçənlərə "Facebook"dan bir mesaj gələcək. Mesajda xüsusiyyətin ləğvi ilə əlaqədar məlumat veriləcək.

Bununla birlikdə axtarış nəticələrində göstərilməmə variantı tamamilə yox olmayacaq. Əngəllədiyiniz kəslər sizin adınızı yazsa belə axtarış nəticələrindən hesabınızı görə bilməyəcək.

Edilən dəyişiklik fotoşəkil kimi paylaşmalarınızın hər kəsə açıq olacağı mənasını vermir. Dəyişən tək xüsusiyyət "Facebook" daxilində axtarış edildiyində artıq adınızın axtarış nəticələrində çıxacağıdır. Daha əvvəl axtarış nəticələrində adınızın çıxmamasını təmin edə bilirdiniz.

Qaynar.info