
"Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyder superliqanın 23-cü turunda qarşılaşacaqları "Fənərbaxça" ilə oyun haqda danışıb.
Qaynar.info Qol.Az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu "Fənərbaxça" azarkeşlərinin onu qorxutmadığını bildirib:
"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidir. "Qalatasaray"da oynadığım müddətdə rəqib haqda xeyli məlumat toplamışam. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq onlar məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm".
Qeyd edək ki, martın 8-də, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qaynar.info