Xəbər lenti

"Fənərbaxça" Məsut Özili almaq istəyir
İdman12:03 15.02.2014

"Fənərbaxça" Məsut Özili almaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Fənərbaxça" klubu "Arsenal"ın türk əsilli futbolçusu Məsut Özili transfer etməyi planlaşdırır.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə klub rəhbərliyi Məsut Özilin transferi üçün yüksək məbləğdən keçməyə hazır olduqlarını bildirib. “Yaxın vaxtlarda “Bir milyon üzv” layihəsi çərçivəsində klubun büdcəsinə təxminən 1 mln. dollar daxil olacaq. Bu isə o deməkdir ki, Özilin transferi üçün lazım olan məbləğ hazır olacaq”.

“Arsenal”ın isə türk əsilli futbolçunun transferinə imkan verməyəcəyi bildirilir.

Qeyd edək ki, Məsut Özil bu mövsüm İngiltərə çempionatında 21 oyuna çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qaynar.info