Xəbər lenti

"Fətullah Gülən" edam edildi (FOTOLAR)
Dünya11:43 16.07.2017

"Fətullah Gülən" edam edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə ötən ilki uğursuz dövlət çevrilişi cəhdindən 1 il ötür.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində təşkil edilən anım tədbirlərdə şəhidlər yad edilir. Samsum şəhərində Atakum Bələdiyyəsi tərəfindən təşkil edilən proqramda şəhidlər xatırlanıb və dualar oxunub. Bələdiyyə sədri İshaq Daşçı çıxış edərək "Bu ölkə Osmanlı və cümhuriyyətin yadigarıdır, Allahın icazəsi ilə 1 sm torpağımızı belə düşmənə verməyəcəyik. Xalqımız Çanaqqala və Qurtuluş şavaşında olduğu kimi 15 iyulda da tarix yazdı. Heç bir qorxumuz yoxdur. Allah bizə bir daha 15 iyul tarixini yaşatmasın" deyib.

Daha sonra çevrilişə cəhddə ittiham edilən FETÖ lideri Fətullah Gülənin kuklası "15 iyul Demokratiya meydanı"nda edam edilib və yandırılıb. Hətta bəzi vətəndaşlar ayaqqabı və çantalarla kuklaya hücum edib.

Gülşən

Qaynarinfo.Az